Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

“Kimdə istilik yoxdursa…” – “Azəristiliktəchizat”dan AÇIQLAMA

“Hazırda bütün qazanxanalarımız işə düşüb. Kimdəsə istilik yoxdursa, bu fərdi mənzillərlə bağlı ola bilər”

Bunu “Qafazinfo”ya açıqlamasında “Azəristiliktəchizat” ASC-nin abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyib.

O qeyd edib ki, “Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcək: “Bizim hazırda verdiyimiz istiliyin tarifi maya dəyərindən aşağıdır. Ancaq qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. 2011-ci ildən evin 1 kv. m görə əhali istehlakçı qrupu üçün tarif 15 qəpikdir. Amma biz qiymət artımı məsələsinə baxmırıq. Ümumi olaraq, bu məsələ dövlət tərəfindən tənzimlənəcək. Hazırda qiymət artımı məsələsi gündəmdə deyil”.

Qazanxanalarda temperaturun qaldırılması məsələsinə gəlincə isə o bildirib ki, hazırda temperaturun aşağı olması qazanxanaların texniki xarakterindən asılıdır:

“Bu vəziyyət temperaturun birdən-birə artmasına imkan vermir. Tədricən hava şəraiti ilə bağlı temperatur da qalxacaq. Hazırda bütün qazanxanalarımız işə düşüb. Kimdəsə istilik yoxdursa, bu fərdi mənzillərlə bağlı ola bilər”.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …