Cümə , 9 Yanvar 2026
Drone Cameras

Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb

Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 26-sı saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi digər ağır nəticələrə səbəb olduqda) və 224-cü (partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Check Also

Bayırşəhərdəki söküntüləri tənqid edən repçi Elşad Xose həbs edildi

Repçi Elşad Xose 15 sutka müddətinə inzibati qaydada həbs edilib. Azadlıq Radiosunun məlumatına görə, Elşad Xose vurğulayıb …