Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

KİV: ABŞ-nin hərbi helikopterindən Yaponiyaya pirotexniki çanta düşüb

ABŞ hərbi bazalarının Yaponiyada əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşdiyi Okinava prefekturasında Birləşmiş Ştatların hərbi helikopterinin uçuş zamanı içərisində pirotexniki məşəllər olan 18 kq-lıq çanta düşüb.

Boyukmillet.com NHK telekanalına istinadən xəbər verir ki, zərərçəkənlər barədə məlumat olmasa da, çanta hələ də tapılmayıb.

Hadisə mayın 13-də Okinavanın əsas adası Motobu yarımadası bölgəsində, ABŞ Ordusunun Dəniz Qüvvələri bazasına aid UH1 helikopterinin uçuşu zamanı baş verib.

Okinava adası Yaponiyadakı bütün Amerika hərbi obyektlərinin ərazisinin 75 %-ni təşkil edir ki, bu da yerli əhalinin narazılığına səbəb olur. Yaponiya hökuməti ilə Okinava hakimiyyəti arasındakı münasibətlərdə ən aktual məsələlərdən biri ABŞ-nin Futemma Dəniz Qüvvələri bazasının sıx məskunlaşmış Ginovan bölgəsindən köçürülməsidir.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …