Cümə , 21 Fevral 2025
Drone Cameras

KİV: ABŞ və Rusiyanın Ukrayna üzrə danışıqları fevralın 18-də Ər-Riyadda keçiriləcək

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Amerika və Rusiya rəsmilərinin iştirakı ilə Ukrayna münaqişəsi üzrə danışıqların keçirilməsi planlaşdırılır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, görüşdə Amerika tərəfindən dövlət katibi Marko Rubio, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffun olacağı gözlənilir.

Rusiya nümayəndə heyətinin tərkibi barədə dəqiq məlumat yoxdur. Lakin bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun krallığa səfəri üçün hazırlıqların getdiyi bildirilib.

Xatırladaq ki, fevralın 15-də “Bloomberg” mənbələrə istinadən məlumat yayıb ki, yaxın həftələrdə Ər-Riyadda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş keçirilə bilər.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Vladimir Zelenskinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başlayıb. O, özünün “telegram” kanalında bildirib ki, səfərinin məqsədi həm əsirlikdə olan vətəndaşlarının vətənə qaytarılması, həm investisiyalar, həm də iqtisadi tərəfdaşlıqdır.

Check Also

ABŞ Ukrayna üzrə BMT Qətnaməsindən geri çəkildi – Siyasi sürpriz! 

ABŞ ilk dəfə olaraq Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnamə …