Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

KİV: Braziliyada qəzaya uğrayan təyyarə işlək vəziyyətdə idi

Braziliyada qəzaya uğrayan sərnişin təyyarəsi qəza siqnalı göndərməyib və uçuşlara icazə verildiyi üçün işlək vəziyyətdə olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə G1 portalı xəbər yayıb.

“(Braziliya – red.) Hərbi Hava Qüvvələrinin məlumatına görə, uçuş yerli vaxtla saat 13:20-dək normal davam edib, saat 13:21-dən etibarən təyyarə əlaqəni kəsib, qəza siqnalı göndərməyib və əlverişsiz hava şəraiti barədə məlumat verməyib”, – məlumatda deyilir.

Təyyarənin məxsus olduğu aviaşirkətin məlumatına görə, hava gəmisinə heç bir məhdudiyyət olmadan uçuş icazəsi verilib. Təyyarədə 62 yox, 61 nəfərin olduğu dəqiqləşdirilib. Onların arasında 4 ekipaj üzvü və 57 sərnişin olub.

Qeyd edək ki, onların hamısı qəza zamanı həlak olub.

Check Also

Mask Trampdan ABŞ-nin cavab tariflərinə yenidən baxmağı xahiş edib

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask birbaşa prezident Donald Trampdan qarşılıqlı əsasda tətbiq …