Şənbə , 6 Dekabr 2025
Drone Cameras

KİV: “Ermənistanda Baş prokurorun yerinə yeni kadr axtarılır”

Ermənistanın Baş prokuroru Artur Davtyanın 2022-ci ildə səlahiyyət müddəti başa çatdığına görə yerinə kadr axtarıılır.

Boyukmillet.com xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Baş prokuror vəzifəsinə Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun müavini Andranik Simonyanın namizədliyi müzakirə olununur. Qeyd olunub ki, xidmətdə onu bu sistemin siması hesab etmir, Milli Təhlüksizlik Xidmətinin keçmiş direktoru Arqişti Kərəmyan kimi A.Simonyanı da təsadüfi adam sayırlar.

“Siyasi hakimiyyət səlahiyyət müddət başa çatanadək kadr yerdəyişməsi və onun yerinə yenisini təyin etmək üçün Baş prokuroru tutduğu vəzifədən azad edəcəkmi?”, – məqalədə sual edilib.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …