Şənbə , 23 Noyabr 2024
Drone Cameras

KİV: “Gürcüstanın XİN başçısı dəyişir”

Gürcüstanın xarici işlər naziri David Zalkaliani gələn ayın ortalarında vəzifəsini tərk edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Front News” nəşri yazıb.

Bildirilib ki, XİN vəzifəsinə parlamentin keçmiş sədri Kaxa Kuçava təyin olunacaq.

Nəşrin məlumatına əsasən, D.Zalkaliani Gürcüstanın ABŞ-da səfiri təyin olunacaq. Onun təyinatı haqqında aqremanın artıq Vaşinqtona göndərildiyi və razılığın alındığı qeyd edilib.

Səlahiyyət müddəti bitmək üzrə olan Gürcüstanın ABŞ-dakı hazırkı səfiri David Bakradzenin isə fəaliyyətini beynəlxalq təşkilatların birində davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, D.Zalkaliani 2018-ci ilin iyun ayından Gürcüstan XİN-ə rəhbərlik edir. O həmçinin bu ilin fevralından Baş nazirin müavinidir.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …