Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

KİV: Hindistan yaxınlığında gəmiyə hücum edən PUA İrandan buraxılıb

Şənbə günü Hindistan sahillərində gəmiyə hücum etmiş pilotsuz uçuş aparatı (PUA) İrandan buraxılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” Pentaqona istinadən məlumat yayıb.

“Liberiya bayraqlı, Yaponiyaya məxsus, Niderland tərəfindən qulluq edilən kimyəvi maddə daşıyan tanker “Chem Pluto” yerli vaxtla təxminən saat 10:00-da Hind okeanında, sahildən 200 dəniz mili (370 km) məsafədə İrandan atılan kamikadze pilotsuz uçan aparat tərəfindən vurulub”, – ABŞ Müdafiə Nazirliyinin sözçüsü deyib.

Hadisə nəticəsində xəsarət alan olmadığı, gəmidəki yanğının söndürüldüyü qeyd edilir.

Check Also

Ukrayna sülh planına dair yekun mövqeyini ABŞ-a təqdim edib

Dekabrın 10-da Ukrayna Tramp administrasiyasına Rusiya ilə münaqişənin həlli ilə bağlı ABŞ-ın son təkliflərinə cavab …