Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

PKK-nın enerji infrastrukturu da daxil olmaqla, 29 hədəf məhv edilib

Dekabrın 23-də axşam saatlarında İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava əməliyyatları zamanı PKK-nın istifadə etdiyi mağara, bunker, sığınacaq, neft obyektləri və anbarları daxil olmaqla 29 hədəf məhv edilib.

Həyata keçirilən əməliyyatlarda yerli sursatlardan maksimum istifadə edilərək bir çox terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, son iki gün ərzində bölgədəki antiterror əməliyyatlarında 12 Türkiyə hərbçisi şəhid olub.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …