Bazar , 15 Mart 2026
Drone Cameras

KİV: İordaniya öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək

İordaniya öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehrnews” məlumat yayıb.

İordaniya Radio və Televiziya Korporasiyasına istinadən yayılan məlumata görə, anonim rəsmi “The New York Times”a müsahibəsində bildirib ki, İordaniya öz ərazisinin İrana qarşı hücumlar üçün plasdarm kimi istifadəsinə icazə verməyəcək.

Rəsmi nümayəndə əlavə edib ki, İordaniya ABŞ ilə İran arasında davam edən danışıqların regionda müharibənin qarşısını alacaq siyasi razılaşma ilə nəticələnəcəyinə ümid edir.

Həmçinin bildirilib ki, ABŞ-nin İordaniyadakı hərbi mövcudluğu iki ölkə arasındakı müdafiə sazişləri çərçivəsində həyata keçirilir.

Check Also

İsveçrə ABŞ-yə “yox” dedi: İran müharibəsi ilə bağlı uçuşlara icazə verilmədi

İsveçrə ABŞ-nin hərbi təyyarələrinin ölkənin hava məkanı üzərindən uçuşu ilə bağlı iki müraciətini rədd edib. …