Şənbə , 21 Fevral 2026
Drone Cameras

KİV: Rusiyada “İsgəndər” raketinin istehsal edildiyi zavoda PUA hücumu olub

Naməlum pilotsuz uçuş aparatları Rusiyanın Udmurtiya Respublikasındakı Votkinsk şəhərinə hücum edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Breçalov məlumat verib.

“Operativ məlumatlara görə, dağıntılar və xəsarət alanlar var. Hər kəsə lazımi köməklik göstərilir”, – deyə o bildirib.

Yerli “Telegram” kanallarında hadisə şahidləri azı üç partlayış barədə məlumat verirlər. Sosial şəbəkələrdə yayılan görüntülərdə zərbələrin “İsgəndər” raket komplekslərinin istehsal olunduğu “Votkinsk” zavoduna endirildiyi qeyd olunur.

Check Also

Ərdoğandan bölgəni silkələyən AÇIQLAMA: Türkiyə döyüş təyyarəsi və aviadaşıyıcı istehsalına başlayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin döyüş təyyarələri və aviadaşıyıcılar istehsalına başlayacağını açıqlayıb. Boyukmillet.com xəbər …