Bazar , 15 Noyabr 2026
Drone Cameras

KİV: “Səfərbərlik elan edildikdən sonra Rusiyanı 261 min kişi tərk edib”

Prezident Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyanı 261 min kişi tərk edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Novaya qazeta. Yevropa” Rusiya Prezident Administrasiyasındakı mənbəyinə istinadən xəbər verir.

Kreml daxilində hərbi yaşda olan kişilər üçün sərhədlərin bağlanması ilə bağlı müzakirələr sentyabrın 21-də Rusiyanı tərk edən kişilərin sayı ilə bağlı Federal Təhlükəsizlik Xidmətinin rəqəmləri bildirməsindən sonra başlayıb.

“Prezident Administrasiyasında elə bir atmosfer var ki, təhlükəsizlik qüvvələri və Müdafiə Nazirliyi Putini çox gec olmadan çıxışı bağlamağa inandıra biləcək”, – Prezident Administrasiyasının adı çəkilməyən rəsmisi qeyd edib.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya müdafiə naziri Sergey Şoyqu qismən səfərbərlik çərçivəsində orduya 300 min nəfərin çağırılacağını bildirmişdi.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …