Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

KİV: “Türkiyənin daxili işlər naziri istefa verib”

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun istefa verməsi ilə bağlı məlumatlar yayılıb.

Boyukmillet.com xəbər verir ki, o, ölkənin Nazirlər Kabinetinin sentyabrın 26-da keçirilən iclasında istefa ərizəsini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Dövlət başçısının istefa ərizəsinə nə cavab verdiyi hələ ki, məlum deyil. Bəzi mənbələr R.T.Ərdoğanın istefa ərizəsini qəbul etdiyini bildirib.

“Milli Gazete”nın xəbərinə görə, AKP üzvü Faruk Çəlik Türkiyənin yeni daxili işlər naziri təyin olunacaq.

Xatırladaq ki, S.Soylu 2021-ci ildə də istefa ərizəsi yazmışdı. Ancaq R.T.Ərdoğan onun istefa ərizəsini qəbul etməmişdi.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …