Şənbə , 14 Mart 2026
Drone Cameras

Kiyevi məcbur etməliyik ki, buna əməl etsin – Polyanski

Ukrayna böhranını həll etməyin yeganə yolu Kiyevi Minsk razılaşmalarına əməl etməyə məcbur etməkdir.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

“Yeddi il əvvəl, məhz bu gündə Minsk razılaşmaları imzalandı. O vaxtdan bəri Kiyev Qərb ölkələrinə söykənərək, öz öhdəliklərini ardıcıl olaraq sabotaj edir”, – Polyanski vurğulayıb.

O bildirib ki, Minsk razılaşmaları Ukrayna böhranının həlli üçün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən yeganə plandır.

Qeyd edək ki, Minsk razılaşmaları 2015-ci ilin fevralın 15-də qüvvəyə minib. 

Check Also

İran səfirindən Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA

Türkiyədə vurulan raketləri üçüncü tərəf atıb. Boyukmillet.com  xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd …