Cümə , 12 Dekabr 2025
Drone Cameras

“Köln” Belarus klublarının avrokuboklardan kənarlaşdırılmasını istəyir

Almaniya “Köln”ü Belarus komandalarının avrokuboklardan kənarlaşdırılmasını istəyir.

Boyukmillet.com xəbər verir ki, Bundesliqa təmsilçisi bu barədə UEFA prezidenti Aleksander Çeferinə məktub ünvanlayıb.

Bildirilib ki, Belarus hökumətinin Ukrayndakı müharibədə Rusiyaya dəstək verməsi təkcə alman klubunun deyil, bütün idman növlərinin dəyər və normalarını pozur.

Qeyd edək ki, “Zirə” II təsnifat mərhələsində İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, növbəti raundda “Qomel” (Belarus) / “Aris” (Saloniki, Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Check Also

“Qarabağ” dünya reytinqində daha 17 pillə irəlilədi

“Qarabağ” klubu dünya reytinqində daha 17 pillə irəliləyib. Boyukmillet.com -un məlumatına görə, bu, Beynəlxalq Futbol …