Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Komissiya sədri: “Rusiya Ermənistanla bağlı öhdəliklərini yerinə yetirmir”

Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan Rusiyadan narazılıq edib.

Boyukmillet.com xəbər verir ki, o, rəsmi Moskvanı İrəvan qarşısında öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

“Biz strateji müttəfiqimiz tərəfindən adekvat reaksiya görmürük. 2020-ci il mayın 14-də həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, həm də Rusiyaya bır sıra istiqamətlər üzrə sorğu göndərdik. Amma sorğudan sonra atılan addımlar bizim gözləntilərimizi doğrultmadı. Təəssüf ki, biz gözlədiyimiz adekvat reaksiyanı almırıq. Bu barədə rusiyalı partnyorlarımızla açıq danışmalıyıq”, – o deyib.

Check Also

Gürcüstanda Azərbaycan və Ermənistanı birləşdirəcək yol layihəsi üzrə tenderlər ləğv edilib

Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Alqeti–Sadaxlı avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq …