Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Komitə sədri: “Azərbaycan yeganə ölkədir ki, 2020-ci ili qələbə ilə qeyd edəcək”

“Azərbaycan dünyada yeganə ölkə olacaq ki, 2020-ci ili qələbə ilə qeyd edəcək. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşməndən azad edib”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, qələbənin əldə olunmasına iqtisadi faktorun öz yeri var:

“Onu da qeyd edim ki, 2020-ci ildə bütün dünya iqtisadiyyatında geriləmə olub. İqtisadiyyat Nazirliyi 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi zamanı Azərbaycan iqtisadiyyatının 2020-ci ilin sonuna qədər 4,9 faiz azalacağı qeyd edilib”.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …