Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Kontakt Home” KEYFİYYƏTSİZ MƏHSUL satır? – İDDİA

“Kontakt Home”un keyfiyyətsiz məhsul satmasıyla bağlı saytımıza şikayət daxil olub.

Rüfət Mirzəyev adlı alıcı açıqlamasında 5 ay əvvəl dostu Sahib Əliyevin adına “Kontakt Home”dan “Qızıl zəmanət”lə aldığı “Samsung A30” adlı telefon modelində şəbəkə probleminin yaşandığını bildirib.

Alıcı deyir ki, cihaz 4G-ni dəstəkləmir. 3G-də də internetin sürəti çox zəif olur, şəbəkə tez-tez itir. Telefonun normal çalışması üçün gün əzində gərək 4-5 dəfə söndürüb-yandıra.

O, problemlə bağlı “Kontakt Home”a müraciət edib. Mağazadan bildirib ki, problemi təyin etmək üçün gərək telefon 14 günlük təmirə göndərilə. Bu da alıcıya sərf etmir. O, 14 gün telefonsuz qalmaq istəmir. Həmçinin təmirə gedən zaman telefonun dəyərinin azaldığını bildirir.

Onun fikrincə, “Kontakt Home”dan mal alan müştərilərin çoxu yolunu mütləq servisdən salmalı olur. Bu da qəbulolunan deyil.

Probemlə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinin PR meneceri Vəfa Rüstəmovanın cavabını təqdim edirik:

“Əliyev Sahib Süleyman oğlu adlı müştəri 25.04.2019 tarixində Kontakt Home mağazalar şəbəkəsinin Yasamal filialından Samsung A30 modelini qızıl zəmanətlə əldə edib.

Üç ay sonra 23.07.2019 tarixində telefonda “telefonun ekranında bəzən sarı ləkələr yaranır” narazılığı ilə servisə müraciət edib. Servis mərkəzində ilkin baxış zamanı hər hansı qüsur aşkarlanmasa da, cihazın diaqnostikası və texniki rəyin verilməsi məqsədilə müştəriyə cihazı servisdə saxlamaq təklif edilib. Müştəri bununla razılaşmayaraq cihazını geri götürüb.

Əvvəla, onu qeyd etmək istərdik ki, Kontakt Home “Samsung Electronics”in ölkəmizdə rəsmi distribütorudur və brendin bütün məhsullarına rəsmi istehsalçı zəmanəti verir. Təmirə qəbul olunan bütün cihazlar rəsmi servis mərkəzlərində (indiki halda, Samsung Azerbaijan-ın rəsmi servis mərkəzində) diaqnostika və təmir olunur. Təmir zamanı yalnız brendin orijinal ehtiyat hissələrindən istifadə olunur və məhsulun təmirdən öncəki əmtəə görünüşünə hər hansı zərər vurulmur.

Bundan başqa, nəzərinizə çatdırmaq istərdim ki, bütün müştərilərimizə cihazlarının təmirdə olduğu müddətdə (maksimum 14 təqvim günü), telefonsuz qalmamaları üçün əvəzləyici telefon təklif olunur. Həmçinin, zəmanət şərtlərinə görə, təmir 14 təqvim günü müddətində yekunlaşmadıqda, müştərinin telefonu yenisi ilə əvəz olunur.

Yuxarıda da qeyd etdiyimiz kimi, müştəri 23.07.2019 tarixindən sonra bizə müraciət etməyib, lakin əməkdaşlarımız müştəri məmnuniyyətinin təmin olunması məqsədilə Sahib bəylə əlaqə saxlayaraq, ona eyni təmir şərtlərini bir daha təklif edəcək”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …