Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Koronavirus bütün dünyada pandemiya elan edildi – qorxulanlar oldu

Yeni növ COVID-19 – koronavirus infeksiyasının pandemik olduğu elan edilib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus Cenevrədə təşkil edilən brifinqdə bildirib.

“Önümüzdəki günlərdə və həftələrdə yoluxma hallarının, ölümlərin və təsirə məruz qalan ölkələrin sayının artacağını gözləyirik… COVID-19-un pandemiya kimi xarakterizə oluna biləcəyi qənaətinə gəldik”, – təşkilat rəhbəri belə deyib.

Pandemiya ölkə daxilində, qonşu dövlətlərin ərazilərində və bəzən dünyanın bir çox ölkəsində yoluxucu xəstəliyin yayılması ilə səciyyələnən qeyri-adi güclü bir epidemiyadır.

Martın 11-nə olan məlumata görə, dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı dünyanın 114 ölkəsində təxminən 118 min nəfər təşkil edir.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …