COVID-19 xəstəliyinə səbəb olan koronavirus SARS-CoV-2 ilə yoluxma hallarının böyük əksəriyyətinə “super yayıcılar” adlananlar cavabdehdir.
Boyukmillet.com xəbər verir ki, Honkonqlu alimlərin iddiasına görə, Digər yoluxmuş insanların əksəriyyəti heç kimə yoluxdurmur.
Tədqiqat göstərib ki, 80 faiz yoluxma halının cəmisi 20 faizinə koronavirusa yoluxmuşlar cavabdehdirlər. Bu fenomen “superyayıcılar”epizodları adlanır. Bu halda bir şəxs virusu qapalı və ya nəqliyyat vasitələrində çox sayda insana ötürür.
Maraqlıdır ki, yoluxmuş insanların 70 faizi, tədqiqatçıların aşkarladığı kimi, virusu başqa insanlara ötürmür.
Tədqiqatın həmmüəlliflərindən biri Ben Koulinq qeyd edib ki, seperyayılma halları düşünüldüyündən daha tez baş verir.
Bu isə göstərir ki, superyayılmanın profilaktikası çox sayda insana fayda verə bilər.
Koulinq və onun həmkarları Honkonqda aprelin 23-28-i aralığında 1000 COVID-19 halı ilə bağlı təhlillər aparıblar. Onların sözlərinə görə, superyayılma şəhərdə virusun əsas ötürülmə vasitəsi olub.
Honkonqunda özündə yoluxmaların yarısından çoxunun cəmisi 6-sı infeksiyanın superyoluxma epizodu ilə bağlı olub. İnsanların çoxu kütləvi tədbirlərdə və ictimai yerlərdə, məsələn, kilsələrdə, toylarda və barlarda yoluxublar.