Şənbə , 14 Mart 2026
Drone Cameras

Koronavirusla bağlı təcili iclas başlayıb VƏZİYYƏT DƏYİŞİR?

Koronavirusla bağlı vəziyyətin tez-tez dəyişməsi fonunda Ümumdünya Səhiyyə Təşkilatı son durumu müzakirə edəcək.

Boyukmillet.com xəbər verir ki, qurumun rəhbəri Tedros Qebreyesus təcili iclas çağırıb.

Onun sözlərinə görə, təşkilat 30 apreldə koronavirusla mübarizədə gələcək fəaliyyət planını müzakirə edəcək.

ÜST rəhbəri bildirib ki, 3 ay əvvəl COVİD-19-la bağlı fövqəladə vəziyyət elan edilib:”Səhiyyə sahəsindəki beynəlxalq qaydalara əsaslanaraq, mən sabah yenə fövqəladə iclas çağırdım”.

İclasda son zamanlar koronavirusla bağlı dünya ölkələrindəki vəziyyət müzakirə ediləcək. Ölkələrə virusla mübarizədə yeni tövsiyə və təlimatlar elan olunacaq. 

Check Also

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

Azərbaycanda məhkum cəriməsini müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq. Boyukmillet.com xəbər …