Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Kreml Nikol Paşinyana cavab verib

“Rusiya Ermənistanın KTMT təlimlərinin keçirilməsindən imtinası ilə bağlı mövqeyinin təfərrüatlarını aydınlaşdıracaq”.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, KTMT-nin Ermənistanda planlaşdırılan təlimləri başqa ölkələrin ərazisində də keçirilə bilər.

Məlumata görə, KTMT-nin Birgə Qərargahı 2023-cü ildə KTMT sülhməramlı qüvvələri ilə təlimlərin məqsədəuyğun olmaması barədə Ermənistandan siqnal aldığını bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan da təlimlərin Ermənistanda keçirilməsinin məqsədəuyğun olmadığını söyləmişdi.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …