Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Kreml: “Rusiya ilə Ukrayna arasında danışıqlar üçün heç bir şərait yoxdur”

“Hazırda Rusiya ilə Ukrayna arasında nə de-fakto, nə de-yure danışıqlar üçün heç bir şərait yoxdur”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalistlərin sualını cavablandıran Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı “Qismən səfərbərlik haqqında” fərman təkcə lazımi sayda vətəndaşların çağırışını nəzərdə tutmadığından hələ də qüvvədədir.

“Qismən səfərbərlik çərçivəsində çağırış müəyyən edilmiş saya çatana qədər həyata keçirilib, lazımi say əldə olunub və bununla əlaqədar olaraq vətəndaşların çağırışı dayandırılıb”, – o vurğulayıb.

Kremlin sözçüsü əlavə edib ki, qismən səfərbərlik, vətəndaşların hərbi xidmətə çağırılması ilə yanaşı, Silahlı Qüvvələrin qarşısında duran tapşırıqların yerinə yetirilməsini təmin etmək üçün zəruri olan digər tədbirləri də nəzərdə tutur: “Bu baxımdan fərman hələ də qüvvədədir”.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …