Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Krımdakı Azərbaycan diasporundan deputadlığa namizəd Möhsüm Aslanova dəstək.

Krımda Azərbaycan diasporunun sədri,dəyərli soydaşımız Rəhim Hümbətov Göygöl-Daşkəsən sakinlərinə müraciət edərək,onları tanınmış telejurnalist Möhsüm Aslanova səs verməyə çağırıb.Tanınmış diaspora rəhbəri öz facebook profilində yazıb.
” –Niyə Mohsüm Aslanov?
Uzun illər Krımda yaşamağıma baxmayaraq, onunla çoxdan tanışam. Bu zaman ərzində onu yaxşı, müsbət, pozitiv bir insan kimi tanımışam.
Detallar. Öncə kiçik haşiyə. Azərbaycanda yaşayan həmvətənlərimizin bir çoxu bəzən təəccüblənir: niyə görə xaricdəki bəzi həmyerlilərimiz o qədər də aktivlik göstərmir, Azərbaycan həqiqətlərini yaymaqda, maraqlarını qorumaqda passivlik nümayiş etdirirlər. Bunun obyektiv və subyektiv səbəbləri var. 1. Hər bir kəs, təəssuflər olsun ki, vətənpərvər deyil. 2. Hamı belə bir fəaliyyətin vacibliyini anlamır. 3. Çoxları belə bir fəaliyyətin nəticəsi ola biləcək problemləri yaşamaq istəmir, çünki, ukraynalılar demiş: “moya xata s krayu”, yəni “nəyimə lazımdı”. 5. Müəyyən adamlar ətrafındakı əhali, qonşu xalq, yerli xüsusi xidmət oraqanları ilə “münasibəti pozmaqdan ehtiyat edir. Və s., və s.
Müəyyən insanlar Vətənin, xalqın mənafeyi uğrunda hansısa bir iş gormək istəməməyinə müxtəlif bəhanələr gətirə bilər…
Amma Möhsüm Aslanov heç bir bəhanə axtarmadı, risklərdən də qorxmadı. O, vətənpərvər olduğunu çoxsaylı, Vətən üçün böyük əhəmiyyət kəsb eləyən, sadalanan və sırada olmayan işləri görməyi ilə sübüt etdi. İstər Krımda azərbaycanlı Cəlil Nəcəbova ucaldılan abidə haqqında reportaj yayarkən, istər Ermənistanın Ukraynadakı səfirliyi qarşısında azərbaycanlilara edilən haqsızlığa etiraz mitinqlərinin ideyasını vermək və aktiv təşkilatçısı və iştirakşısı olarkən, istərsə də xalqımızın haqq səsini Avropaya və dünyaya çatdirmaq üçün beynəlxalq təşkilatlar qarşısına yürüş edərkən Möhsüm Aslanov xalqına xidmət edirdi…
Deməli, niyə Mohsüm Aslanov?
Əgər o, bu risklərə, çətinliklərə baxmayaraq, öz Vətəninə, ölkəsinə xidmətdən çəkinmədisə, Azərbaycan parlamentində sizləri təmsil edəcəyi zamanda da xalqına xidmət edənlərin birinci cərgəsində olacaq.
Buna inanıram və Göygöl – Daşkəsən sakinlərinə müraciət edərək,onları Möhsüm Aslanova səs verməyə səsləyirəm.
Hörmətlə: Rəhim Hümbətov Krım Azərbaycanlıları Konqresinin sədri.
Jurnalist.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …