Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti iyulun 16-sı axşamdan 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə  Xidmətdən bildirilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lerik, Yardımlı, Cəlilabad, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevirdə fasilələrlə şimal-qərb küləyi əsəcək.

Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Check Also

Rayonlarda yağıntı intensivləşəcək, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq …