Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …