Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, yaralananlar var

Kürdəmirdə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Bakı – Qazax əsas magistral yolunun 176-cı km-də rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı sürücü Sərdarlı Ərəstun Əflatun oğlu “Hyundai Sonata” markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış “Hyundai” markalı evakuatora çırpılıb.

Nəticədə minik maşınında olan sürücü Ərəstun Sərdarlı və onun sərnişinləri 33 yaşlı Ağamalıyev Qüdrət Saleh oğlu və 29 yaşlı Sərdarlı Nicat Əflatun oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Həkimlər hadisə zamanı daha ağır xəsarət alan Qüdrət Ağamalıyev və Nicat Sərdarlının vəziyyətləri ağır olduğundan onları Bakı şəhərinə göndərməyi planlayırlar.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi …