Göyçay rayon Heydər Əliyev mərkəzində Lələtəpədən Şuşaya dalğalanan bayrağım adlı dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, qarşısısına tər qərənfillər düzərək, ruhu etiramla yad edildi. Sonra Heydər Əliyev mərkəzində hüquqşünas jurnalist Anar Nağıyevin, Əməkdar müəllim, fəlsəfə elmlər doktoru, tarixçi Pərviz Yəhyalının, Prezident təqaüdçüsü, AYB, AJB in üzvü, Xocalı tanıtım birliyinin Şirvan bölgəsi üzrə kordinatoru, Göyçay şəhər 7 saylı məktəbin direktor müavini, tarixçi Aqil Kəngərlinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin əməkdaşı baş leytenat Sadiq Yusifovun, Göyçay informasiya agentliyi, NarTv in baş redaktoru Gülşən Muradovanın, Bayraq muzeyinin direktoru Nicat Mahmudovun, Göyçay rayon Gənclərin inkişaf və karyera mərkəzinin direktoru Coşqun İsmayılovun və bir qrup könüllü gəncin iştirakı ilə toplantı baş tutdu. İlk olaraq Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad olundu. Qızıl qələm, Araz media, H.B Zərdabi, müstəqil jurnalist mükafatları sahibi Anar Nağıyev çıxış edərək 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
Bildirildi ki, döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləriylə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.Aprel qələbəsi bu gün Şuşada zəfərlə başa çatdı.
Çıxış edən natiqlər Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində tarixi zəfər qazandı. Bu 44 gün ərzində dövlət və xalq birliyi Qələbəmizi şərtləndirdi. “Dəmir Yumruq” ətrafında birləşməyi bacardıq, gücümüzə güc qatdıq və şanlı zəfərə nail olduq. Bu müddətdə ön cəbəhədə canları ilə fədakarlıq edən hərbçilərimizlə yanaşı, arxa cəbhənin də rolu az olmadı.Media öz vəzifə borcunu layiqincə yerinə yetirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan müharibədə xalqımız istər mənəvi, istərsə də maddi olaraq əlindən gələni etdi. Göyçay rayonunda fəaliyyət göstərən Göyçay informasiya agentliyi, NarTv 44 gün ərzində öz fəaliyyətini genişləndirərək, vətənpərvərlik ruhunda yazılar paylaşdı. 46 şəhid verən bir rayonun mətbuatı olaraq bütün şəhidlərimiz barədə geniş reportajlar yayımladı. Bu minvalla Göyçay rayon İcra Hakimiyyəti aparatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi redaksiyanın fəaliyyətini dəyərləndirərək, fəxri təşəkkür elan etdi.
Sonda sosial şəbəkə və sayt, internet portallarında gənclərin rolu mövzusunda diskusiyalar keçirildi. Müzakirələr zamanı tarixi qələbəmiz, Zəfər qazanmağımızı həzm etməyən qüvvələrə qarşı daha dəqiq, haqqlı, tutarlı, realığı əks etdirən tarixi faktlarla cavab vermək, dövlət və dövlətçiliyə dəstək təbliğatına çağırış edən natiqlər bundan sonrada Prezident İlham Əliyevin Qarabağı cənnətə çevirəcəyik mesajı isə bundan sonra quruculuq, abadlıq işlərindən xəbər verir. Tezliklə barbarlar tərəfindən dağıdılan, məhv olunmuş şəhərlər, rayonlar, kəndlər, qəsəbələr yenidən bərpa olunaraq tikiləcək. Biz gənclər bu işlərdə İlham Əliyev cənablarının cağrışına səs verməklə öz mənəvi və vəzifə borcumuzu yerinə yetirəcəyik. Erməni vəhşiliyinin sonuncu izi olan xəritəsi təqdim olunmayan çoxlu sayda basdırılmış minalardan təmizləmə işləri davam edir. Dünyanın cənnəti olan şəhidlərimizin qanı, canı bahasına azad olan torpaqlarımızda Qarabağa qayıdış möhtəşəm olacaq.