Bazar , 11 Yanvar 2026
Drone Cameras

Lənkəranda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Lənkəran rayonunun Cil kəndində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, “Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində iki sürücü və bir sərnişin xəsarət alıb.

Yaralılar 1980-ci il təvəllüdlü Hüseyn Qəhrəman oğlu Ağayev, 2002-ci il təvəllüdlü Hüseyn Rəis oğlu Mirzəzadə və həmyaşıdı Cəfər Müqabil oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstələrin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …