Cümə , 5 İyul 2024
Drone Cameras

Lənkəranda narkotik satan və oğurluq edən 16 nəfər tutulub

Lənkəranda keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən və oğurluq cinayətləri edən 16 nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsindən Avtomobil Yollarının Mühafizəsi MMC-yə məxsus 1 ədəd məlumatverici lövhə, metal mühafizə çəpəri və dirəklərin oğurlanması ilə bağlı Lənkəran ŞRPŞ-yə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Elbrus Fətullayev müəyyən edilərək saxlanılıb. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının pilləkənlərindən ümumilikdə 1200 manat dəyərində metal məhəccərləri oğurlamaqda şübhəli bilinən rayon sakini Zaur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı hər iki şəxsdən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 14 nəfər rayon sakini – Ş.İsazadə, E.Gözəlov, R.Kərimov, R.Şahbazzadə, Z.Cəfərov, C.Zülfiqarov, R.Abdullazadə, M.Həsənov, S.Əlizadə, O.Məmmədov, Q.Məmmədov, M.Mahmudov, Ş.Məmmədov, S.Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı hər birinin üzərindən narkotik vasitə aşkarlanaraq götürülüb. Bundan başqa həmin şəxslərdən üçünün – O.Məmmədov, S.Əlizadə və Ş.Məmmədovun ayrı-ayrılıqda müxtəlif ünvanlardan oğurluq etdikləri də müəyyən edilib.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Check Also

Suraxanıda yol qəzası olub, sürücü xilas edilib

Suraxanı rayonunda yol qəzası olub, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib. Boyukmillet.com xəbər verir …