Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Lənkəranda qapalı zalda futbol oyunu təşkil edənlər cərimələndi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin rejiminin qaydalarını kobud şəkildə pozaraq rayonun Kərgəlan kəndi ərazisindəki qapalı zalda futbol oyunu təşkil edən 10 nəfər rayon sakini müəyyən edilib.

Həmin şəxslər Lənkəran ŞRPŞ-yə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar. Obyektin sahibi V.Yusubov barəsində toplanmış materiallar isə baxılmasından ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …