Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Laçın şəhəri, Zabux və Sus kəndlərində minatəmizləmə əməliyyatları davam etdirilir

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar və minatəmizləmə əməliyyatları davam etdirilir.

Boyukmillet.com xəbər verir ki, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər aparılır.

Həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir.

Ərazilərə xüsusi təlimli itlər də cəlb edilib.

Xatırladaq ki, bu gün bir qrup kütləvi informasiya vasitələri nümayəndələri işğaldan azad edilmiş Laçın şəhərinə səfər ediblər.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …