Bazar , 19 Yanvar 2025
Drone Cameras

Latviyada rus dilinin tədrisi dayandırılır

Rus dilinin əvəzinə digər xarici dillər təklif ediləcək

Latviya hökumətinin məktəblərdə rus dilinin ikinci xarici dil kimi tədrisinin qadağan olunması haqqında qərar qəbul etdiyi bildirilir.

Məlumatda qeyd olunur ki, təhsil alanlara rus dili əvəzinə Avropa İttifaqı, Avrozona ölkələrinin dilləri, yaxud da təhsillə bağlı hökumətlərarası sazişlərlə tənzimlənən xarici dil təklif olunacaq.

Ölkənin Təhsil və Elm Nazirliyinin məlumatına görə, rus dili Latviya məktəblərinin, demək olar ki, yarısında ikinci xarici dil kimi öyrənilir.

Bəzi təhsil müəssisələrində isə onun alternativi yoxdur.

Rus dilinin tədrisinin dayandırılması ilə bağlı qərarın 2026-cı ildən qüvvəyə minəcəyi bildirilir.

Rus dili Latviyada ikinci ən çox danışılan dildir.

Latviya 2021-ci ilin siyahıyaalmasına görə, rusların sayı 464 min nəfər təşkil edir.

Ölkə əhalisinin 37,7%-i ünsiyyət üçün rus dilindən istifadə edir.

Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-latviyada-rus-dilinin-tedrisi-dayandirilir.html

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …