Bazar ertəsi , 7 Aprel 2025
Drone Cameras

Lavrov Ukraynanı hədələyib: “Kremlə hücuma görə konkret addımlarla cavab verəcəyik”

“Rusiya Ukraynaya konkret addımlarla cavab verəcək”.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çində Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Kremlə hücuma sadəcə danışmaqla cavab vermək kifayət deyil: “Ukrayna Prezidenti Volodimir Zelenski özünə hörmət edən ölkələrin Kiyevlə əlaqəsini kəsmək üçün əlindən gələni edir. Əlbəttə, Ukrayna Qərbin xəbəri olmadan Kremlə hücum edə bilməzdi”.

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov sözügedən hücuma görə ABŞ-ı ittiham etmişdi.

Check Also

Mart ayında Gürcüstandan aralarında Azərbaycan vətəndaşlarının da olduğu 97 əcnəbi deportasiya edilib

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti mart ayı ərzində aralarında Azərbaycan vətəndaşlarının olduğu 97 …