Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ali Baş Komandan İlham Əliyevə Vətən müharibəsində qazanılan zəfər münasibətilə “Əsgər” şeirini həsr edib.
Leyla Əliyeva şeiri şəxsi “Instagram hesabında paylaşıb.
Şeiri rus dilindən Aydan Xəndan tərcümə edib.
Həmin şeiri təqdim edirik:
Əsgər, əsgər yurdun oğlu,İnanır haqqa, zəfərə!Sükutun səsin dinləyirBağlıdır nurlu vətənə!
Güllədən qorxusu yoxdur,Günəşi dağlar heç örtməzƏsgər bilir sevgi nədirƏdalətdən üz döndərməz!
Yoxdur qorxu ürəyindəGecə bitsin, səhər gəlsin!Zülmətdən qorxmaq dərd deyil!Təki günəş heç sönməsin!
O, Allahın kəlamınıKönlündə bir yazı bilir,Dünyanın ağır yükünüÇiyinlərində gəzdirir.
Əsgər müqəddəs bir gündəXalqı naminə doğulub,Cəhalətin kor kölgəsiOnun nuruyla yox olub!
O, iftiradan uzaqdır,O, məzlumlar yanındadırO, Allahın yazısıylaHəyatını yaşayandır!
Əsgər zirvələr zirvəsi,Onun yeri yüksəklərdir!O, vicdanın, xalqın səsi,Həqiqətə and içəndir!
Onun üçün bu dünyadaEldən uca heç nə yoxdur!
Paklıq, mərhəmət doludurOnun yolu, haqq yoludur!
Qorxu nədir bilməz əsgər,O, Allahın balasıdırAçıqdır yolu dünyayaYaddaşlarda qalasıdır!