ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edən azərbaycanlı deputatlar anti-Azərbaycançı Leyla Yunusdan Xocalı qurbanları barədə nə üçün danışmadığını soruşublar. O, deputatların sualına cavab vermək əvəzinə Xocalı şəhidlərinə açıq şəkildə sayğısızlıq edərək gülməyə başlayıb. Leyla Yunus Azərbaycan xalqına qarşı Azərbaycanın faciəsinə qarşı saymazyana mövqeyindən dolayı hansısa formada cəzalandırıla bilərmi?
BiG.AZ-a açıqlama verən beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva bildirib ki, Leyla Yunus hazırda bir neçə beynəlxalq dövlətlə partnyordur: “Xocalı soyqırımı beynəlxalq sferada layiq olduğu hüquqi qiyməti almayıb. Əgər soyqrım beynəlxalq miqyasda hüquqi qiymət verilsəydi biz onda Leyla Yunusun cəzalandırılması üçün addımlar ata bilərdik. O hazırda Azərbaycandan qaçıb və vətəndaşlıqdan imtina edib. Hazırda ikili vətəndaşlıq üçün çalışır. Hollandiya və Fransa. Fransa Leyla Yunusu “Şərəf Legionu Ordeni” ilə təltif edib. Bu orden Fransa dövləti qarşısında xüsusi xidmətlərə görə verilir. Onun açıq fəaliyyəti var. Azərbaycan dövlətində fəaliyyət göstərən QHT rəhbərinə Fransa dövlətinin bu cür yüksək ordenlə təltif etməsi səbəbi barəsində fikirləşmək lazımdır. Bu orden kimə gəldi verilmir. Bu ordeni alanda fikirləşirdim ki, hansı xidmətlərin qarşılığı ola bilər. Aərbaycan vətəndaşı olaraq o hansı xidmətlər göstərib ki, bu cür mükafatlanıdırılıb. Bu yüksək mükafata Azərbaycanın birinci xanımı Mehriban Əliyeva alıb. Amma Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri göz önündədir. Bir QHT rəhbərinə bu orden ancaq xüsusi mühafizə xidmətləri ilə əməkdaşlığa görə verilə bilər. Çünki onun başqa beynəlxalq fəaliyyəti yoxdur. Onun fəaliyyəti ancaq Azərbaycan hökumətini ləkələməkdən ibarətdir. Onun fəaliyyəti 2013-2014-cu illərdə Azərbaycan dövlətinin əlehinə beynəlxalq təşkilatların aktivləşdiyi dövrə təsadüf edir. Bundan başqa onun heç bir fəaliyyəti yoxdur”.
Yeganə Hacıyeva vurğulayıb ki, çox nüfuzlu mənbələr onun ermənilərlə işbirliyini təsdiqləyir: “Leyla Yunus Cənubi Qafqazda xalq diplomatiyası adı altında ermənilərlə geniş iş birliyi göstərdiyi üçün deşifrə olunub. Onun cinayyət işinin əsas hissəsi də informasiyaların ötürülməsi ilə bağlı idi. Nəzərə alsaq ki, o Qarabağ müharibəsi dövründə Müdafiə Nazirliyində müəyyən post tutur. Görünür bu istiqamətdə fəaliyyətləri olub. O informasiya bolluğundan Azərbaycana qarşı istifadə edib. Çünki başqa dövlətə işləmək artıq öz ölkənə xəyanət etmək deməkdir”.