Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Litvadan Ukraynaya növbəti hərbi yardım karvanı yola düşüb

Litvadan Ukraynaya növbəti hərbi yardım karvanı yola düşüb.

Boyukmillet.com xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas deyib.

O, bildirib ki, 20 hərbi maşın artıq Ukraynadadır. Daha 20 ədəd M113 zirehli texnikası isə yaxın günlərdə çatdırılacaq.

Qeyd edək ki, müharibə başlayandan Litva Ukrayna ordusuna çoxlu sayda pulemyot, tapança, dəbilqə və zirehli gödəkçələr təhvil verib.

Litva Rusiyadan elektrik enerjisini idxal etməkdən də imtina edib. Ötən ay “Nord Pool” elektrik birjasının operatorunun qərarına əsasən, “İnter RAO” tərəfindən həyata keçirilən Rusiyada istehsal olunan elektrik enerjisinin ticarəti dayandırılıb.

Check Also

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmilərinin İrana səfəri planlaşdırılır. Boyukmillet.com IRIB-yə istinadən xəbər …