Bazar , 19 May 2024
Drone Cameras

Yunanıstan Almaniyaya görə “BMP-1”lərin Ukraynaya göndərilməsini təxirə salacaq

Almaniya Yunanıstana “Marder” piyada döyüş maşınının verilməsini gecikdirdiyi üçün Yunanıstan “BMP-1”lərin Ukraynaya göndərilməsini ən azı iki ay sonra həyata keçirəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Bild” Yunanıstan Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən yazıb.

Rəsmi şəxs bildirib ki, Almaniyadan gələn ilk tankın hazırda “BMP-1”lərin yerləşdiyi Yunanıstan adalarına çatması ən azı iki ay çəkə bilər.

Onun sözlərinə görə, rəsmi Afina hələ də Almaniya tərəfindən “Marder” tanklarını yoxlamaq üçün mövcud olan xüsusi komitənin dəvət ediləcəyini gözləyir. Komitə beş-altı hərbi ekspertdən ibarətdir, onlar tankların vəziyyətini yoxlayacaq və hansının götürüləcəyini müəyyənləşdirəcəklər.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …