Bazar , 11 Yanvar 2026
Drone Cameras

Liviyada seçkilərin tarixi fevralın 17-də açıqlanacaq

Liviyada prezident və parlament seçkilərinin tarixi fevralın 17-də açıqlanacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe bildirib.

Onun sözlərinə görə, Liviyada seçkilərin keçirilməsi ilə bağlı ölkədə müxtəlif qüvvələrlə məsləhətləşmələr aparılır.

Dibeybe Tobrukdakı Nümayəndələr Palatasının (parlament) keçmiş daxili işlər naziri Fəthi Başağının Liviya Nazirlər Kabinetinin yeni rəhbəri seçilməsi ilə bağlı qərarını da şərh edib.

O, əhalini Tobrukdakı Nümayəndələr Palatasının mövqeyini pisləməyə çağırıb.

“Mən həmvətənlərimi küçələrə çıxmağa, parlamentin səlahiyyət müddətini qanunsuz olaraq uzatmaq cəhdlərini pisləməyə və seçkilərin keçirilməsini tələb etməyə çağırıram. Biz Liviyadakı seçkilərə “hə” deyirik”, – Baş nazir vurğulayıb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …