Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Lökbatandakı yanğının səbəbi bilindi

Lökbatan qəsəbəsinin Qobu Park 1 yaşayış massivində baş verən yanğında həyatını itirənlərdən ikisi uşaqdır.

Hadisəyə mənzildəki kombi aparatında baş verən partlayış səbəb olub.

Hadisə zamanı eyni evdə yaşayan iki məktəbli və onların anası həlak olub.

Qonşu evdə yaşayan təxminən 65 yaşlı kişi kömək etmək üçün içəri daxil olarkən həyatını itirib. Onun həyat yoldaşı isə tüstüdən təsirlənərək xəstəxanaya aparılıb.

Onların adlarını təqdim edirik: Zülfiyyə Yusifova (1998), Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və Yusif Hüseynov (1953).

Qeyd edək ki, Baş Prokurorluqdan verilən məlumata görə hadisə ilə bağlı cinayət işi açılıb. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək./qafqazinfo

Check Also

Xocalıda mina partlayışı: ANAMA əməkdaşı xidmət zamanı xəsarət alıb

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vasif Çobanov fevralın 18-də Xocalı rayonunun Muxtar kəndi ərazisində mina …