Çərşənbə , 29 Yanvar 2025
Drone Cameras

Lukaşenkonun 87,6% səslə qalib gəldiyi bildirilir

MSK ilkin nəticələri açıqlayıb və seçkinin baş tutduğunu deyib 

Belarusun Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin ilkin nəticələrini açıqlayıb.

MSK-nın nəticələrinə görə, prezident seçkilərində aktivlik 66,41% olub.

MSK sədrinin müavini Aleksey Başan bildirib ki, Belarusda keçirilən prezident seçkilərində seçicilərin 50%-dən çoxu iştirak edib. 

Bununla da seçkinin baş tutduğu və əsaslı olduğu bildirilib. 

Mərkəzi Seçki Komissiyasının katibi Yelena Baldovskaya deyib ki, Minskdə 56,61%, Brest vilayətində 72,86%  Vitebsk vilayətində 65,12%, Qomel vilayətində 72,92%, Qrodno vilayətində 60,60%, Minsk vilayətində 63,73% və Moqilev vilayətində 71,89% seçici səs verib.

Belarus Gənclər Təşkilatları Komitəsinin “Exit-poll”unun nəticələrinə görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.

“Exit-poll” ölkənin 300-dən çox seçki məntəqəsində keçirildiyi açıqlanıb.

“Exit-poll”un nəticələrinə əsasən, Liberal Demokrat Partiyasının lideri Oleq Qaydukeviç 1,8%, sahibkar Anna Kanopatskaya 1,6%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov 2,7%, Respublika Əmək və Ədalət Partiyasının lideri Aleksandr Xizhnyak – 1,2% səs toplayıb.

Check Also

Tramp: Kanada tamamilə ABŞ-dən asılıdır və suveren dövlət ola bilməz

Kanada tamamilə ABŞ-dən asılıdır və buna görə də suveren dövlət ola bilməz. Boyukmillet.com TASS-a istinadən …