Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Mədət Quliyev nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verib

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) prezidenti Mədət Quliyev yığma və klub məşqçiləri ilə görüşüb.

AzVİF-in Mətbuat Xidmətindən verilən məlumata görə, toplantıda federasiya prezidenti və məşqçilər yüksək nailiyyətlərin əldə olunması yollarını müzakirə ediblər.

M.Quliyev velosiped idmanında kütləviliyin təmin olunması və idmançıların hazırlıq prosesində səmərəliliyin artırılmasının vacibliyindən danışıb. O, iş prosesində yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti tapşırıqlarını verib.

Check Also

Sürücülərə XƏBƏRDARLIQ – Diqqətli olun

Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur. Görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə …