Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Məhkəmə Azər Qasımlı barəsində qərar verib

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə qərar Yasamal Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri iki ay müddətinə uzadılıb.

Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Check Also

Sürücülərə XƏBƏRDARLIQ – Diqqətli olun

Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur. Görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə …