Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Məhkəmə azərbaycanlını qətlə yetirən gürcü polisinə bəraət verib

2018-ci ilin iyulunda Gürcüstanın Poti şəhərində ödəmə terminalını qarət edən 22 yaşlı Nazim Quzanovu tabel silahı ilə ölümcül yaralayan polis əməkdaşı Çabuka Lemoncava bəraət alıb.

O, Zuqdidi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Müdafiə tərəfi məhkəmədə sübut edib ki, oğru atəşdən öncə Ç.Lemoncavaya hücum edərək onun başına küt alətlə xəsarət yetirib. Bundan sonra polis əməkdaşı özünümüdafiə məqsədilə silahdan istifadə etməyə məcbur olub.

Faktla bağlı cinayət işi ehtiyatsızlıqdan qətl, zorakılıq və yaxud silahın tətbiqi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə aparılırdı. Polis əməkdaşı barəsində həbs qərarı ötən ilin martında 45 min lari məbləğində girovla əvəz edilib.

Qeyd edək ki, N.Quzanov Rustavi şəhərində yaşayıb. O, əvvəlki illərdə oğurluq, xuliqanlıq, polisə tabe olmamaq və narkotik vasitədən istifadəyə görə bir neçə dəfə saxlanılıb.

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …