Çərşənbə , 11 Dekabr 2024
Drone Cameras

Məhkəmə Nazim Bəydəmirli ilə bağlı qərarını dəyişmədi

Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən apellyasiya şikayəti təmin edilməyib. 

Boyukmillet.com xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.

Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Apellyasiya şikayətində Nazim Bəydəmirli barəsində olan hökmün ləğv edilməsi və bəraət hökmünün çıxarılması istənilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilib.

Hökmdə qeyd edilib ki, N.Bəydəmirlidən 49 min 740 manat tutularaq zərərçəkmiş Mürsəl İbrahimova ödənilməlidir.

Qeyd edək ki, N.Bəydəmirli ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb.

Check Also

Sabir Rüstəmxanlıya Turan Yazqan mükafatı verildi – FOTO

Türk dünyasının böyük mütəfəkkiri professor Turan Yazqanın vəfatının 12-ci ildönümü ilə əlaqədar İstanbulda “Anım və …