Bazar , 19 May 2024
Drone Cameras

Məleykə Abbaszadə: “Abituriyentlər imtahana gizli nəsə keçirməyi qoçaqlıq hesab edir”

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının eyni gündə keçirilməməsinin səbəbini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, DİM sədri XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib ki, buraxılış imtahanları ən kütləvi imtahanlardır və bu imtahanlar bir gündə keçirilsə, ictimai təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər.

“İmtahanlar pandemiya şəraitində keçirilirdi və bizə müəyyən tələblər qoyulmuşdu. Müəyyən vaxtlar var idi ki, biz bir binaya 500 nəfər yerləşdirirdik. Bu, normaldır, amma bir binada 1000 nəfər imtahan verirdisə, onda biz görürdük ki, imtahana daxilolma vaxtı çox çəkir. Təəssüflər olsun ki, bizim abituriyentlər imtahana gizli nəsə keçirməyi qoçaqlıq hesab edirlər. Bu da özlüyündə vaxt tələb edir. Optimal olaraq, biz daha geniş binalar seçərkən 500 nəfərlik binalara üstünlük verdik. Pandemiya zamanı bu say 200 nəfərə enmişdi. Variantların çətinlik dərəcəsi isə eynidir və biz bunu hər zaman yoxlayırıq. Hər bir şəxsə elmi müstəvidə cavab verməyə hazırıq”, – Məleykə Abbaszadə vurğulayıb.

O qeyd edib ki, imtahanın nəticəsinə təsir göstərən hadisə baş verəndə, imtahanın nəticəsini ləğv edilir və imtahan yenidən keçirilir.

DİM sədri əlavə edib ki, yanğın və zəlzələ olan vaxtlarda bu təcrübədən istifadə edilib.

Check Also

İstanbulun ən gözəl məkanı: Galataport

MAPIC 2023 Mükafatlarında “Ən Yaxşı Yeni İnkişaf Layihəsi” olaraq tanınan Galataport, Karaköyün İstanbulun cazibə mərkəzi …