Cümə axşamı , 21 Oktyabr 2021
Home » sosial

sosial

Toy dəvətnamələrinin üzərində peyvənd barədə xatırlatma olmalıdır – Yeni tələblər açıqlandı

Toy və şənlik mərasimlərinin keçirildiyi məkanlarla bağlı tələblər açıqlanıb. Trend-in məlumatına görə, səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin qərarı ilə şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunmasina dair metodiki göstərişlər hazırlanıb. Yeni tələblərə əsasən dəvətnamələr üzərində COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanın vacibliyi barədə xatırlatman qeyd edilməli və ya qonaqlara müəyyən olunmuş tələblərə dair yaddaş vərəqələri göndərilməlidir.

Read More »

Təhlükəli çağırışlar edən din xadiminə münasibətdə DİN daha prinsipialdı, nəinki QMİ…

Samir Adıgözəlli: “Yoluxmanın çox yüksək faizə çatdığı bir vaxtda lənkəranlı ruhaninin özbaşına çağırış etməsi qətiyyən yolverilməzdir və DİN-in də ona xəbərdarlığı tam yerindədir” Lənkəran rayonunun Separadi kənd sakini Ruhullah Axundzadə “Facebook” profili vasitəsilə canlı yayımla onu tanıyanları kütləvi dini mərasimlərdə iştiraka çağırıb. Bu barədə mətbuata məlumatı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev verib. O bildirib ki, bununla …

Read More »

Nüvədinin tanınmış şəxsiyyətləri 30 illik deportasiyaları ilə bağlı beynəlxalq konfrans keçirməyə hazırlaşır

Avqustun 7-də Qərbi Zəngəzurun Nüvədi kəndinin əhalisinin 30 illik (1991-2021) deportasiyasına həsr edilmiş “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı Beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Bu barədə baki-xeber.com-a təşkilatçılar tərəfindən məlumat verilib. Bir neçə ölkədən elm admalarının, ictimai-siyasi xadimlərin qatılacağı onlayn konfransda 30 illik deportasiya tarixinə nəzər salınacaq, habelə nüvədililərin 30 il boyu Ermənistan dövləti tərəfindən pozulan hüquqlarının harayı, hüquqlarının bərpası istiqamətində …

Read More »

Samir Adıgözəlli: “Bayramov “təqsirsizəm” deyib, ola bilsin, Qarayevin hansı addım atacağını gözləyir, ona görə də hələ susmağa üstünlük verir”

Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Mətbuatın yazdığına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R.Bayramov ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmə sabiq nazir müavininə sərbəst ifadə verməyi təklif edib. R.Bayramovun vəkili vəsatətlə çıxış edərək bildirib ki, müvəkkili hazırda ifadə vermək istəmir: “Rafiq Bayramov şahidlər məhkəmədə ifadə verib bitirəndən sonra ifadə …

Read More »

Hərbi səbəblərlə əlaqədar əlillik alanların təkrar müayinəsinin məqsədi açıqlanıb

“Hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin əyani müayinəsində əsas məqsəd sui-istifadə edən şəxslərin aşkarlanmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib. O bildirib ki, bu müayinələr zamanı bəzi hallarda hiper diaqnostikaya yol verildiyi, yaxud şəhadətnamələrdə yazılan diaqnozla vətəndaşın müraciət etdiyi diaqnozun fərqli …

Read More »

Nazirlikdən saxta yolla əlillik alanlarla bağlı açıqlama

“Hazırda Azərbaycanda əlilliyin ümumi göstərici əhaliyə nisbətdə 6 faiz təşkil etsə də, pensiya sistemində bu 30 faiz təşkil edir”. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib. O bildirib ki, bu digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyük rəqəm təşkil edir: “Son …

Read More »

Azad rayonlar barədə DİN-in xəbərdarlığına lazımi diqqət verilsəydi – minaya düşən 14 mərhum, 60-dan çox yaralı…

Samir Adıgözəlli: “Vətəndaşlar öz məsuliyyətini dərk etməli, DİN-in çağırışlarından, xəbərdarlıqlarından nəticə çıxarmalı və qanunsuz səfərlərdən əl çəkməlidirlər” Vətəndaş məsuliyyəti ən vacib olan amillərdən biri olsa da, təəssüflər olsun ki, bəzi vətəndaşlarımız bunu dərk etmək istəmirlər. Nəticə isə, bütün hallarda, vətəndaşın ziyanına olur.  Torpaqlarımız işğaldan azad edildikdən sonra vətəndaşlarımız dövlətin qadağalarına baxmayaraq, həmin ərazilərimizə qanunsuz səfərlər edirlər, məsuliyyətsiz davranışları isə onlara baha başa …

Read More »

Heydər Əliyev Fondu qazi ailəsinə ərzaq yardımı, ƏƏSMN dəstək verib

Vətən müharibəsində yaralanmış Mirzəliyev Roman Aleksandr oğlunun əlilliklə bağlı sənədləşmə işləri başa çatandan sonra ona əlillik təyin olunacaq, hər ay təqaüd və müavinətlə təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  verilən məlumata görə, ailə üzvlərinin məşğulluğuna dəstək işləri də aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları qazinin Zərdab rayonundakı evində olarkən ailəsinə …

Read More »

Naxçıvanda İşsizlikdən sığorta fondunun büdcəsi təsdiq edilib

Dekabrın 30-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib. Boyukmillet.com-un məlumatına görə, həmin sessiyada İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi də təsdiq olunub. Fondun büdcəsinin gəlir və xərcləri 2 milyon 800 min manat məbləğində müəyyən edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Read More »

Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı Dövlət Komitəsi iş aparır

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat katibliyindən verilən məlumata görə, bu ilin iyununda Dağıstanın Kullar qəsəbəsində baş vermiş etiraz aksiyasından sonra saxlanılan vətəndaşlarımızın vəziyyəti daim Azərbaycan dövlətinin diqqətdədir. Məlum hadisə zamanı saxlanılan – barələrində həbs qətimkan tədbiri seçilmiş və ya ev dustalığı qərarı verilmiş Azərbaycan vətəndaşlarının həm vəkillərlə təmin olunması, həm də maddi çətinliklərinin aradan qaldırılması üçün Dövlət …

Read More »