Bazar , 11 Yanvar 2026
Drone Cameras

Məmur qadın Azərbaycanda “şokalad vannasından” şəkil paylaşdı, qalmaqal qopdu – Qubernator işdən çıxarmaq tapşırığı verdi…

Rusiyanın Ulyanovsk vilayətinin məmuru Azərbaycanda dəbdəbəli oteldən, “şokalad vannasından” sosial şəbəkələrdə foto paylaşıb və qalmaqal yaradıb.

Boyukmillet.com virtualaz.org-a istinadən xəbər verir ki, regionun İT-korporasiyasının (dövlət müəssisəsidir) rəhbəri Svetlana Openışeva ötən həftə Azərbaycanda məzuniyyətini necə keçirdiyi barədə İnstagram-da paylaşdığı fotolara görə işdən azad edilə bilər.

Belə ki, Svetlana Openışeva Naftalandakı beşulduzlu “Garabag Resort & Spa” otelində dincəlir və orada müalicə prosedurlarından keçir. Məmur şokalad rəngində maye ilə dolu vannadan çəkdiyi selfe-ni paylaşıb və yazıb: “Çox şokalad olmur”. Həmin vannadakı maye isə belə görünür ki, Naftalan neftidir, məmur onu şokalada bənzədib.

Check Also

Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …