Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Mərkəzi Bank və AQC rəhbərliyi arasında görüş olub – FOTOLAR

Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov, sədrin müavini Əliyar Məmmədyarov, sədr ofisinin rəhbəri Ülvin Əliyev, departament direktoru Ziya Hacılı, AQC sədrinin müavinləri Ramil Osmanlı, Zamin Hüseynov, Fərid Rüstəmov və sədrin müşaviri Azər Niftiyev iştirak ediblər.

Qonaqları salamlayan Mərkəzi Bankın sədri Taleh Kazımov qiymətləndirmə sahəsinin əhəmiyyətindən bəhs edib. Sədr qeyd edib ki, inkişaf edən Azərbaycan iqtisadiyyatı digər sahələrdə olduğu kimi, qiymətləndirmə sektorunda da islahatları qaçılmaz edir. Onun sözlərinə görə, rəhbəri olduğu qurum Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlıqda maraqlıdır. “Qiymətləndirmə ekosistemin ayrılmaz tərkib hissəsidir. Ölkəmizin maliyyə sabitliyinə zəmanət verir. Bu baxımdan obyektiv və şəffaf qiymətləndirmələrin aparılmasına, mövcud reallığı əks etdirən rəylərin hazırlanmasına xüsusi ehtiyac var. Biz bu istiqamətdə ölkə qiymətləndiriciləri dialoqa hazırıq. Mərkəzi Bank olaraq tərəfimizdən bu sahənini tərəqqisi üçün addımlar atmağa, əməkdaşlığa hazırıq” – söyləyən T.Kazımov əlavə edib ki, bu cür təmaslar davamlı olmalıdır.

Öz növbəsində Mərkəzi Bankın rəhbərliyini salamlayan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Mərkəzi Bankın fəaliyyətini yaxından izlədiklərini və təqdir etdiklərini vurğulayıb: “Qiymətləndirmə subyektləri maliyyə təsisatları ilə yaxından işləyir. Özəl banklar və sığorta şirkətləri ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışırıq. Bu sahədə olan bəzi problemləri sizin diqqətinizə çatdırmaq istəyirəm. Banklar və sığorta şirkətlərinin qiymətləndirmələri müstəqil qiymətləndirmə şirkətlərinə həvalə etməsi, onların özlərinin bu prosesdə iştirakdan imtina etməsi, milli qiymətləndirmə standartlarının qəbul edilməsi, qiymətləndiricilərin məlumat bazasının yaradılması labüddür. Bununla bağlı təkliflərimizi sizə təqdim etdik. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin tarixində ilk dəfədir ki, Mərkəzi Bankın birinci şəxsi səviyyəsində görüş keçiririk. Əminəm ki, təmaslarımız davamlı olacaq və hər iki qurum arasında münasibətlərin inkşafında yeni mərhələnin əsasını qoyulacaq”.

Mərkəzi Bankın və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) rəsmilərinin çıxışlarından sonra tərəflər birgə İşçi Qrupunun yaradılması, qiymətləndirmə sahəsindəki vəziyyəti əks etdirən hesabatın hazırlanması, gələcək fəaliyyyət istiqamətlərinin müəyyən edilməsi barədə razılığa gəldilər.

Check Also

SOCAR Türkiyədəki təbii qaz paylama biznesini satmağa çalışır

Bunun üçün danışıqlara başlanıldığı bildirilir SOCAR Türkiyədəki təbii qaz paylayıcı biznesini satmaq üçün danışıqlar aparır.Qurumun …