Hazırda paytaxt Bakıda çox az sayda valyutadəyişmə məntəqələri mövcuddur. Qeyd edək ki, valyutyadəyişmə məntəqələrinin fəaliyyətinə 2015-ci ildə baş verən devalvasiyadan sonra qadağa qoyulub. Həmin məntəqlər əvvəl bankların nəzdində idi.
Boyukmillet.com Azinforum.az-a istinadən xəbər verir ki, 2017-ci ildə Prezidentin sərəncamı ilə yeni valyutadəyişmə məntəqələrinin açılmasına icazə verildi. Bunun üçün qanunvericiliyə uyğun şərtlər də müəyyənləşib. Belə təyinatda məntəqə açmaq istəyən şəxs : 50 min dollar və 50 min manat həcmində girov qoymalıdır. Sahibkar tərəfindən qoyulan girov fəaliyyət dönəmində götürülə bilmir.
Eyni zamanda , müəyyən texniki parametrlərə riayət edilməlidir. Məntəqənin ölçüsü, mühafizə sistemi xüsusi parametrlərə uyğun olmalıdır. Maraqlıdır ki, nədənsə, qanunvericiliyin bu tələblərinə əməl edən şəxslərə Mərkəzi Bank valyutadəyişmə məntəqəsi açmaq üçün lisenziya vermir. Ancaq hazırda paytaxtda 5 ünvanda belə məntəqələr fəaliyyət göstərərir və onlar heç bir fərqli hansısa göstəriciyə malik deyillər.
Valyutadəyişmə məntəqəsi açmaq istəyən, lakin uzun illərdi süründürməçiklə üzləşən şəxslərin Azinforum.az verdiyi məlumatda bildirilir ki,
bu yersiz qadağalar bazardakı monopolist mövqeni qoruyub saxlamaq niyyətindən irəli gəlir.
Biz hazırda paytaxtın 5 müxtəlif ünvanında fəsliyyət göstərən valyutadəyişmə fəaliyyətinə icazə verilən ünvanları təqdim edirik:
“ELİKO” MMC
Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 520
“DELTA CAPITAL” MMC Bakı şəhəri, Yasamal rayonu, məhəllə 581, Əbdülrəhim Haqverdiyev küçəsi, 13
“ZUHUR” MMC
Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov küçəsi, ev 6c
“BAKI MƏRKƏZİ VALYUTA” MMC
Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 31, mənzil 11; 13
“META-KAPİTAL” MMC
Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7B
Görəsən, bu məntəqələrin sahibləri kimlərdi ki, minlərlə adamın içindən yalnız bu 5 nəfəri seçib, onların fəaliyyətinə yaşıl işıq yandırıblar.
Biz bütün bunları ümiləşdirib, Mərkəzi Banka sorğu ilə müraciət etdik. Ancaq təəssüflər olsun ki, Mərkəzi Bank daha çox bizim suallardan yayımaq yolunu məqbul saydı. Başa düşürük , yəqin deməyə sözləri yoxdur.
İqtisadçı ekspert Elçin Qurbanov valyutadəyişmə məntəqələri ilə bağlı yaranan vəziyyəti məqbul saymır. Onun açıqlaması ilə təqdim etdiyimiz videoda tanış olaq:
Bu yöndə olan araşdırmamız davam edir.